Yanan pullar sakinlərə qaytarılacaq

19:22 | 25.05.2015
Yanan pullar sakinlərə qaytarılacaq

Yanan pullar sakinlərə qaytarılacaq


Mayın 19-da Binəqədi rayonunda yanan binada yaşayan sakinlərin yerləşdirilməsi prosesi gedir.

Bu barədə Binəqədi rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ANS-ə bildirib.

Onun dediyinə görə, yanan binada yaşayan 51 ailə müvəqqəti mənzillərlə təmin olunub. 

Ailələrdən 12-si pansionatlarda, 39-u isə kirayə evlərdə yerləşdirilib. Yerdə qalan 6 ailədən biri həlak olub. 4 ailənin qalmağa yerləri var. Bir ailənin üzvləri isə xəstəxanadadır.

Yanan binada ümumilikdə 57 mənzil olub. Həmin mənzillərdən biri iki hissəyə bölünüb. Bu səbəbdən də həmin mənzili iki sayırlar.

Nuridə Allahyarova deyir ki, sakinlər yerləşdirilərkən sakinlərin iş yerləri, təhsil aldığı müəssisələrin yerləri nəzərə alınır.

Mayın 19-da yanan binada 56 ailə olub. 16-mərtəbəli binada 143 nəfər yaşayırdı. Faciə nəticəsində 15 nəfər ölüb.

Rayon İcra Hakimiyyəti rəsmisinin dediyinə görə, əhaliyə dəyən ziyanın müqabilində kompensasiyalar da ödəniləcək.

«Hər ailəyə 20 min manatdan əlavə, kimin evində nağd pul olubsa, həmin məbləğ vətəndaşlara qaytarılacaq. Artıq müraciətlər başlanıb. Sakinlərin müraciəti əsasında komissiya araşdırmalar aparacaq. Sakinlərin itirdiyi pulun məbləği dəqiqləşdiriləcək və həmin məbləğ vətəndaşa qaytarılacaq», - Nuridə Allahyarova bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM