ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya mərkəzli "Yandex"lə ABŞ mərkəzli "Google" arasında gözəgörünməz müharibə bitmək bilmir. Bu dəfəki məsələ isə Rusiya Rəqabət Təşkilatına qədər gedib çıxıb.
Rusiya mediasının yaydığı məlumata görə, kompüter istehsalçıları Android proqramlarda "Google Play" rejimini qurmaq istədikdə "Google" əvvəlcədən müəyyən axtarış mühərriki olaraq nizamlamasında israr edir. "Yandex" bu durumu haqsız üstünlük kimi dəyərləndirir.
Bu durumla bağlı hələ ki, "Google"dən rəsmi açıqlama verilməyib.
Rusiya Rəqabət Təşkilatı mövzu ilə bağlı bir ay ərzində "Yandex"ə cavab verəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !