Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev APA-ya bildirib ki, onlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Həsənova Alla Antonovna (58 yaş), Utuyevsil Yuri Vladimroviç (67 yaş), Boykova Lyubov Viktorovna (87 yaş) və Yəhyayeva Elmira Əliağa qızıdır (68 yaş).
Hadisə nəticəsində ölənlərdən ən yaşlısının 87, ən cavanı isə yaş yarımlıq körpə olub. Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu qardaş-bacıdırlar. Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı isə Şirinova Zülfiyyə Yavər qızının övladlarıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !