“Yanğında zərərçəkən jurnalistə yardım edildi, 7500 manat ödənildi”

14:54 | 25.05.2015
“Yanğında zərərçəkən jurnalistə yardım edildi, 7500 manat ödənildi”

“Yanğında zərərçəkən jurnalistə yardım edildi, 7500 manat ödənildi”

Mayın 19-da Binəqədi rayonunda baş verən yanğın zamanı zərərçəkən jurnalist Sevinc Fədaiyə 7500 manat ödənilib.

Bunu Modern.az saytına Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. O bildirib ki, bu gün ev sahibinin və jurnalistin razılığı əsasında belə bir qərara gəlinib:

"Mənə bildirdilər ki, jurnalist Sevinc Fədai bu gün öz razılığı ilə 7500 manat alıb”. 

Jurnalist Sevinc Fədai sözügedən binada kirayədə yaşayırdı. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM