Yanne Andersson: "Azərbaycanlı futbolçular yüksək texnikaya malikdirlər"

21:30 | 26.03.2023
Yanne Andersson:

Yanne Andersson: "Azərbaycanlı futbolçular yüksək texnikaya malikdirlər"

"Rəqib futbolçular yüksək texnikaya malikdirlər. Bu mənada, bizə çox çətin olacaq".

Bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis Avropa futbolunda zəif komandanın olmadığını bildirib: "Heç kimi zəif saymaq olmaz. Avstriya - Azərbaycan matçında hesab oyuna görə olmadı. İlk 20 dəqiqədə azərbaycanlılar çox maraqlı oyun göstərirdilər. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra futbolçular ruhdan düşdülər".

Azərbaycan millisinin üzvlərini tanıdığını deyən Andersson "Qarabağ"ın hücumçusu Ramil Şeydayevi xüsusi fərqləndirib: "Mən belə futbolçuları bəyənirəm".

O, ardıcıl ikinci qarşılaşmada xal itirməyin yolverilməz olduğunu vurğulayıb: "Bunu hamımız yaxşı başa düşürük. Odur ki, oyuna çox ciddi hazırlaşmışıq. Qələbə uğrunda sonadək mübarizə aparacağıq".

Martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb