Yanukoviç beynəlxalq təcridlə üzləşə bilər

18:56 | 30.11.2013
Yanukoviç beynəlxalq təcridlə üzləşə bilər

Yanukoviç beynəlxalq təcridlə üzləşə bilər

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Ukraynadakı sabiq səfiri Stiven Payfer “Tvitter”də Ukrayna hakimiyyətinin avrointeqrasiya tərəfdarlarına güc tətbiq etməsini pisləyib.

"Yanukoviç nümayişçilərə qarşı güc tətbiq etdi, bu, Ukraynada hadisələrin təhlükəli döngəsidir. Bunun nəticəsində Ukrayna Avropa Birliyindən və ABŞ-dan təcrid vəziyyətinə düşəcək", - diplomat bildirib.

Payfer, həmçinin əminliyini ifadə edib ki, bir çox Avropa liderləri Ukraynaya münasibətini dəyişiblər və indi sevinirlər ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalamadı.

Qeyd edək ki, “Avropamaydan”dan mitinqçilərin dağıdılması zamanı onlarla insan zərər çəkib. Ukrayna KİV-nin məlumatına görə, avrointeqrasiya tərəfdarlarından 40 nəfəri bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM