“Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk prezident Viktor Yanukoviçə xəbərdarlıq edib.APA-nın xəbərinə görə, A. Yasenyuk “5-ci kanal”a müsahibəsində bildirib ki, V. Yanukoviç dinc aksiyaya və dinc nümayişçilərə yenidən güc tətbiq edərsə, bunun nəticələri şəxsən onun üçün ağır olacaq. Müxalifət lideri deyib ki, hazırda meydanda qorxaq adamlar yoxdur: “İstənilən güc variantına çox sərt cavab veriləcək. Əgər ötən bazar meydana 800 min adam çıxmışdısa, bu dəfə 8 milyon adam üsyan qaldıracaq”. A. Yasenyuk vilayətlərdə milli müqavimət qərargahlarının formalaşdığını söyləyib: “Artıq üç vilayət tətilə başlayıb”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !