“Yanukoviç istefa verməlidir” - Kliçkodan çağırış

13:23 | 03.12.2013
“Yanukoviç istefa verməlidir” - Kliçkodan çağırış

“Yanukoviç istefa verməlidir” - Kliçkodan çağırış

Kiyevdə Ukrayna Ali Radasının toplantısı başlayıb.APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, toplantıda ölkədə yaranmış vəziyyət və müxalifətin hökumətin istefaya göndərilməsi ilə bağlı hazırladığı qərar layihəsi müzakirə olunur. UDAR (Ukrayna İslahatlar uğrunda Demokratiya Alyansı) lideri Vitali Kliçko çıxışında prezident Viktor Yanukoviçin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini istədiklərini bildirib: “Meydanda insanlara qarşı törədilmiş cinayətə görə bir nəfər cavabdehdir, çünki meydanın dağıdılması barədə əmri yalnız o verə bilər. Bu, prezident Yanukoviçdir. Ona görə də biz növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirik. Mən prezident Yanukoviçə təklif edirəm ki, könüllü istefaya getsin və növbədənkənar seçki elan etsin. Öz ölkəsindən həmişəlik qaçmış diktatorların taleyini bölüşməyin”. V. Kliçko avrointeqrasiya kursunun dayandırılmasını nəzərdə tutaraq hakimiyyətin xalqın daha yaxşı ölkədə yaşamaq haqqını oğurladığını bəyan edib: “Qəzəblənmiş ukraynalılar dinc etirazlara çıxdılar, lakin onların üzərinə “Berkut” göndərildi. Bizim tariximizdə belə şey olmayıb. Ukraynanın polis dövlətinə çevrilməsinə imkan verməyə haqqımız yoxdur”. “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk isə hökumətin dərhal istefaya getməsini və daxili işlər naziri Vitali Zaxarçenkonun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Biz əvvəla, Azarov hökumətinin tam tərkibdə istefasını, ikincisi isə, Zaxarçenkonun kriminal məsuliyyətə cəlb olunmasını tələb edirik, o, bizim uşaqlarımızı döyüb. Bundan başqa, biz Yanukoviçin istefasını tələb edirik, lakin ilk addım Azarovun istefası və Zaxarçenkonun məsuliyyətə cəlb edilməsi olmalıdır”. Qeyd edək ki, parlamentin binası qarşısında müxalifət tərəfdarlarının iştirakı ilə etiraz aksiyası keçirilir. Onların sayı getdikcə artır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM