Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç martın 28-də Rostov-na-Donu şəhərində növbəti mətbuat konfransı keçirəcək.
APA-nın məlumatına görə, bu barədə məlumat “Radio Vesti”nin efirində səslənib.
Brifinqin dəqiq vaxtı hələlik açıqlanmır. Ukraynanın sabiq prezidentinin nədən danışacağı da hələ məlum deyil.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !