Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb

13:23 | 14.02.2024
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb

Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb

2024-cü ilin yanvarında Azərbaycanda 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Bildirilib ki, bu dövr ərzində 2 milyard manatlıq qeyri-ərzaq satılıb. 
 
"2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub",- açıqlamada deyilir. 
 
Azərbaycanda inflyasiya 2024-cü ilin yanvarında 0,5%, 2023-cü ilin dekabrında isə 0,5% təşkil edib. 
 
2024-cü ilin yanvarında inflyasiya 2023-cü ilin yanvarı ilə müqayisədə 1,7% təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvarında 2023-cü ilin yanvarına nisbətən ərzaq məhsulları 0,7 faiz, qeyri-ərzaq məhsulları 1,7 faiz, xidmətlər 3,2 faiz bahalaşıb.

2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1% təşkil edib.
 
Gülnar Nazimqızı
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti