"Hazırda kassa çeklərində vergi ödəyicisinin adı, VÖEN-i göstərilsə də, tələb olunan tam məlumatlar əks etdirilmir".
İqtisadçı ekspert Qalib Toğrul özünün "Facebook" profilində Vergilər Məcəlləsinə kassa çekləri ilə bağlı edilən dəyişikliyi belə şərh edib. Qeyd edək ki, 2016-cı ildə qüvvəyə minəcək son dəyişikliklər təkcə faiz dərəcəsinə və ödənilmə üsullarına deyil, həm də bu sahədəki sənədləşdirmə məsələlərinə aiddir.
ANN.Az xəbər verir ki, ekspert çeklər üzərində aşağıdakı məlumatların əks etdirilməsini mütləq sayır:
- vergi ödəyicisinin adı;
- VÖEN-i;
- çekin vurulmasının tarixi və saatı;
- obyektin adı və yerləşdiyi ünvan;
- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
Qalib Toğrul təəssüflə qeyd edib ki, hətta kassa aparatlarından istifadə etməyə borclu olan əksər böyük ticarət və ictimai iaşə obyektlərində bu tələblərə əməl olunmur: "Hazırda kassa çeklərində vergi ödəyicisinin adı, VÖEN-i göstərilsə də, tələb olunan tam məlumatlar əks etdirilmir".
Onun fikrincə, böyük supermarketlərdə alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir: "Bu sənəd kassa çekini əvəz edə bilməz. Kassa çeklərində müvafiq məlumatların olmasını vergi ödəyicilərinin istəyi ilə nəzarət-kassa aparıtını quraşdıran firma təmin edə bilər".
Ekspert vergi ödəyicilərini diqqətli olmağa çağırıb: "Vergi Məcəlləsinə yeni dəyişikliklərdən sonra artıq kassa çeklərində yekun məbləğlə yanaşı vergi ödəyicisinin ƏDV və ya sadələşdirilmiş vergi ödəyicisi olmasından asılı olaraq ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləğinin göstərilməsi tələbi qoyulub. Vergi ödəyicilərini bu məsələdə diqqətlə olmağa çağırıram. Bu məsələ vergi orqanlarının operativ vergi nəzarəti tədbirləri çərçivəsində yoxlanılır və belə yoxlamalar qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinə əvvəlcədən xəbər verilmədən vergi orqanının qərarı ilə həyata keçirilir".
Qeyd edək ki, dəyişiklik 1 yanvar 2016-cı ildən qüvvəyə minir.

www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !