​YAP Milli Şuranın seçkilərdən imtinasına münasibət bildirdi

14:03 | 11.09.2015
​YAP Milli Şuranın seçkilərdən imtinasına münasibət bildirdi

​YAP Milli Şuranın seçkilərdən imtinasına münasibət bildirdi

Siyavuş Novruzov: "Anti-Milli Şura sosial bazası olmadığına görə seçkidə iştirak etmək istəmir

"Milli Şura adlı qurum yoxdur. Azərbaycanda 50-dən çox siyası partiya dövlət qeydiyyatından keçib. Onların da əksəriyyəti bu il keçiriləcək parlament seçkilərində iştirak etmək haqda qərar verib, artıq həmin partiyalarda təmsil olunan şəxslər deputatlığa namizədliklərini də irəli sürüblər".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bəzi şəxslər uğursuzluğa düçar olacaqlarını bildiklərinə görə seçkiyə qatılmırlar: "Anti-Milli Şura sosial bazası olmadığına görə seçkidə iştirak etmək istəmir. Onlar seçkilərdə qələbə çalacaqlarına əmin deyillər. Avropa Parlamenti də, "Milli Şura" da eyni gündə seçkilərlə bağlı çağırış edir. Bunlar bir medalın iki üzüdür. Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul olunduğu gün "Milli Şura" seçkilərdə iştirak etməməklə bağlı qərar verdi. Burada paralelliyə diqqət yetirmək lazımdır".

S.Novruzov qeyd edib ki, onların parlament seçkilərində iştirak etməməsi seçki prosesinə təsir etməyəcək.

Qeyd edək ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkisi keçiriləcək. Müxalif Milli Şura seçkiyə qatılmamaq haqda qərar qəbul edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM