Tokioda Rusiya diplomatları əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin məzarına çiçək dəstəsi qoyublar.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Mərasimdə yalnız səfirliyin nümayəndələri və hərbi attaşe deyil, eləcə də Yaponiyada yaşayan sovet kəşfiyyatçısının xatirəsinə hörmət edən Rusiyanın sadə vətəndaşları da iştirak edib.
"Zorgenin məzarında biz Qələbə üçün qüvvə və həyatını əsirgəməyənlərin xatirəsinə hörmətimizi bildiririk. Sabah Qələbənin 70 illiyidir. Müharibə xatirəsi bizim üçün müqəddəsdir”, - Rusiyanın Yaponiyadakı səfiri Yevgeni Afanasyev deyib.
Zorgenin Tokionun "Suqamo” həbsxanasında 1944-cü ilin noyabr ayının 7-də həyata keçirilən edamından 2015-ci ildə 71 il ötür.
Qeyd edək ki, kəşfiyyatçı Rixard Zorge 1895-ci ildə Bakıda anadan olub. Bakıda Rixard Zorgenin abidəsi və adını daşıyan park var.
Məlum olduğu kimi 1941-ci ildə o, Yaponiyada həbs edilib, 1944-cü ilin noyabr ayının 7-də isə yapon həbsxanalarının birində edam edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !