Yaralı əsgərlərimiz vətənə qayıdır

16:30 | 02.09.2014
Yaralı əsgərlərimiz vətənə qayıdır

Yaralı əsgərlərimiz vətənə qayıdır

Yaralı əsgərlərimiz 15 günə vətənə qayıdır. ANS TV-nin məlumatına görə, ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan və Ankarada müalicə olunan Azərbaycan əsgərləri 15 günə vətənə qayıdacaq. Sərxan Tahirzadə və Elvin Əsgərov Atatürk Eyitim və Araşdırma xəstəxanasında, Ədalət Məmmədov isə Ankara xəstəxanasında VİP palatalarda müalicəsini davam etdirir. 19 yaşlı Sərxan Tahirzadənin hər iki ayağı amputasiya edilib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralandığını söyləyən əsgər aparılan müalicənin onun səhhətinə çox böyük köməyi olduğunu dedi.O bidirib ki, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Xəstəxanaya daha ağır vəziyyətdə gətirilən Elvin Əsgərov isə özü artıq sərbəst şəkildə yeriyə bilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür