Yas mərasimində kütləvi zəhərlənmə - Azərbaycanda

13:21 | 23.04.2014
Yas mərasimində kütləvi zəhərlənmə - Azərbaycanda

Yas mərasimində kütləvi zəhərlənmə - Azərbaycanda

Azərbaycanda kütləvi zəhərlənmə olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimindən 11 kənd sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib. Bundan başqa, Bərdə şəhəri Bakı küçəsində yerləşən “Bazarstore” mağazasından oranın işçiləri olan 6 nəfər rayon sakini qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət edib. Hər iki faktla bağlı araşdırma aparılır.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM