Bakı şəhərinin Yasamal rayonunda vətəndaşların sağlamlığının qorunması və onları təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda ölkəmizdə həyata keçirilən koronavirusa qarşı genişmiqyaslı mübarizə tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və digər ictimai iaşə məntəqələrində növbəti reyd keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşlarının birgə reydi zamanı rayonun Məhəmməd Xiyabani küçəsində bəzi kəsim yerlərində heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə həyata keçirildiyi müəyyən olunub. Ət kəsimilə məşğul olan şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və müasir kəsim məntəqələrində həyata keçirmək barədə xəbərdarlıq edilib. Bu yerlərdə ət kəsimi üçün dəmir konstruksiyalar kəsilərək götürülüb, həmçinin ərazidəki iri qabaritli manqallar da yığışdırılıb.
Reyd
zamanı koronavirusla mübarizə
çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin
fəaliyyətinə dair şərtlər sahibkarların nəzərinə çatdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !