Koranavirus
pandemiyası dövründə insanlara dəstək olmaq məqsədi ilə Yasamal rayonunda növbəti
sosial aksiya baş tutub. Bakının Yasamal rayonu İcra Hakimiyyəti və Yasamal
rayonunda fəaliyyət göstərən Ləzzət Şirniyyat Evi müştərək xeyriyyə aksiya həyata
keçiriblər. Yasamal rayonunun müxtəlif ünvanlarında yaşlı və ehtiyacı olan
insanlara qida sovqatları paylanılıb. Aksiya zamanı könüllülər Yasamal rayonu
sakinlərini ziyarət edib və sovqatları bilavasitə onlara çatdırıblar.
Həyata
keçirilən bu aksiyadan koranavirus pandemiyası dövründə maddi ehtiyacı olan
onlarla paytaxt sakini faydalanıb. Qida paylarını qəbul edən Yasamal sakinləri
bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildiriblər.
Yasamal
rayon sakinlərinə qida sovqatları paylayan könüllülər həmçinin karonavirusdan
qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə onlarla maarifləndirici
söhbətlər aparıblar.
#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial
aksiya karantin şəraitində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən yardım
etmək məqsədi daşıyır.
Xatırladaq
ki, bu günkü tədbir, son bir neçə gündə Yasamal rayonunda baş tutan artıq
üçüncü sosial aksiyadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !