Yasamalda minlərlə insana pulsuz tibbi qoruyucu vasitələr paylanıldı - FOTOLAR

11:34 | 19.05.2020

 
Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə Yasamal rayonunda xüsusi aksiya keçirilib.Aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maskalar, əlcəklər və tibbi spirt qabları paylanılıb. Aksiya Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ qərargahın qərarına uyğun olaraq keçirilib.

Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, həmçinin 50-dən çox könüllü iştirak edib.Metro sitansiyalarının ətrafında və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara maskalar, əlcəklər və tibbi spirt paylanılıb. Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ qərargahdan bildiriblər ki, aksiyanın məqsədi əhalinin qoruyucu vasitələrə olan tələbatını ödəməkdir. Bu mənada əhalinin həssas təbəqə nümayəndələri olan aztəminatlı ailələrin müdafiəsi xüsusi önəm daşıyır. Bu məqsədlə insanlara qoruyucu vasitələr təmannasız paylanılıb.
 
 

Yasamal rayon İcra Hakimiyyəti hər kəsi karantin şərtlərinə riayət edərək tibbi maska, əlcək və spirtdən istifadə etməyə və infeksiyaya birlikdə qalib gəlməyə çağırır.
 

Yasamal rayonunda koronavirus pandemiyası mübarizə çərçivəsində mütəmadi qaydada tibbi-profilaktiki və dezinfeksiya tədbirləri davam edir. Sistemli şəkildə küçə və prospektlər yuyulur, həmçinin bina girişləri, liftlər və məişət tullantıları üçün meydançalar kimyəvi maddələrlə dezinfeksiya edilir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM