Xəbər verdiyimiz kimi, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Ə.Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub.
M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib. İndiyədək müxtəlif vəzifələrdə işləyib.
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Ə.Əzizov 2006-cı ildən bu günədək Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !