Yasenyuk: “Rusiya birbaşa hərbi müdaxilə həyata keçirir”

19:23 | 06.06.2014
Yasenyuk: “Rusiya birbaşa hərbi müdaxilə həyata keçirir”

Yasenyuk: “Rusiya birbaşa hərbi müdaxilə həyata keçirir”

“Ukraynanın şərqində baş verənlər Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə həyata keçirilir”. 

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu açıqlamanı Ukraynanın baş naziri Arsen Yasenyuk verib. 

Ali Radanın iclasında çıxış edən A. Yasenyuk bildirib ki, hazırda Donbbasda və Luqanskda baş verənlər Rusiyanin hərbi müdaxiləsidir: “Rusiyanın hücumlarına baxmayaraq, Ukrayna davam gətirə bildi”. 

Xatırladaq ki, dünən Brüsseldə G7-nin sammiti keçirilib. Toplantıda üzv dövlətlərin liderləri Rusiyadan Ukraynadakı terrorçuları dəstəkləməyi dayandırmağı tələb ediblər. Əks təqdirdə Rusiyaya qarşı sanksiyalar daha da kəskinləşəcək. 

AzNews.az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM