• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Bakıda zəlzələ təhlükəsi varmı?- Ekoloqdan açıqlama

Bakıda zəlzələ təhlükəsi varmı?- Ekoloqdan açıqlama
07.02.2023 19:51
Yaxın vaxtlarda Bakının mərkəzində zəlzələnin baş verə biləcəyi barədə sosial şəbəklərdə yayılan məlumatlar şayədir və heç bir elmi əsası yoxdur. Bunu ekoloq Ənvər Əliyev  Azərbaycanın paytaxtında zəlzələ gözləntiləri barədə amerikalı geoloq Rubin Burrelin adından yazılmış məlumatlara münasibət bildirərək qeyd deyib. 
 
Belə ki, Rubin Burrelin  adından Facebook-da yaxın günlərdə Bakının mərkəzində güclü zəlzələ baş verəcəyi barədə məlumatlar yer alıb. İddiaya görə, amerikalı alim Türkiyədə baş verən zəlzələnin tədqiqinə görə  təkanın 6,9 bal gücündə olacağını vurğulayıb. Bu barədə fikirlər əhali arasında çaşqınlıq yaradıb.
 
Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev bildirir ki, bu kimi fikirlər qorxu yaratmaq üçün yaradılıb.
 
"Amerikalı geoloqun fikirləri həqiqəti əks etdirə bilməz. Dəqiq hansı ərazidə zəlzələnin baş verməsi heç  vaxt deyilə bilməz. Zəlzələnin hansı ərazidə və nə vaxt baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil. Bu qorxu yaratmaq üçün yaradılan fikirlərdir. Zəlzələ təhlükəsi sadəcə ehtimal oluna bilər. Hava haqqında məlumatı heç bir həftə əvvəlcədən doğru proqnoz etmək olmur. Bütün dünya geoloqları birmənalı şəkildə zəlzələnin iki il bundan əvvəl İstanbulda olacağını yazırdılar. Ancaq göründüyü kimi başqa ərazilərdə oldu. Məsələn Azərbaycan da, Gürcüstan da zəlzələnin olacağı əvvəlcədən proqnozlaşdırıla bilər. Ancaq hansı ərazidə olacağı haqqında fikir söyləmək yanlışdırSeysmik zonaya daxil olduğu üçün zəlzələ  daha çox Aralıq dəniz sahillərində baş verir",- ekoloq bildirib.
 
Ekoloq vurğulayır ki, Azərbaycan ərazisi seysmik zonanın üzərində yerləşir.
 
"Bizim ölkə  seysmik qırışıqlığın üstündə yerləşir. Bu baxımdan hər şeyi qabaqcadan ölçüb-biçməliyik. Xüsusilə ictimai müəssisələrdən başlamış tədris müəssisələrinə qədər bütün  obyektlərin tikintisində  diqqətli olmalı, güclü zəlzələ ehtimalları nəzərə alınmalıdır.  Əhali arasında maarifləndirici tədbirlər görülməlidir", - ekoloq əlavə edib.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən 2022-ci ildə ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələdir. Bu da 2021-ci il ilə müqayisədə 1467 hadisə və ya 10% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 104 nəfər xilas edilib, 1399 nəfər təxliyə olunub.
 
Zəlzələyə məruz qalan sahələr seysmik zona adlanır. Hazırda 2 seysmik zona var.  Bunlardan biri Aralıq dənizi və ya Alp-Qafqaz-Himalay zonasıdır ki, Atlantik okeanından Himalay dağlarına , sonra da Malay arxipelaqına qədər geniş zolaq şəklində uzanır, o biri Sakit okean zonasıdır ki, Sakit okeanı əhatə edir. 
 
İSTİQAMƏT: 5.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi çaylardan sel keçir
Cəmiyyət 09:55
Bəzi çaylardan sel keçir
Bəzi yollarda tıxac var
Cəmiyyət 09:06
Bəzi yollarda tıxac var
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Cəmiyyət 09:00
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Bakının 5 rayonunda qaz kəsiləcək
Cəmiyyət 08:59
Bakının 5 rayonunda qaz kəsiləcək
Şamaxıda zəlzələ olub
Cəmiyyət 08:40
Şamaxıda zəlzələ olub
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Cəmiyyət 00:12
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Cəmiyyət 19:37
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ
Cəmiyyət 18:25
Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol