Yaxın vaxtlarda Bayramov və Mirzoyan ABŞ-da görüşə bilər

10:10 | 08.12.2023
Yaxın vaxtlarda Bayramov və Mirzoyan ABŞ-da görüşə bilər

Yaxın vaxtlarda Bayramov və Mirzoyan ABŞ-da görüşə bilər

Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüşə bilər. Bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.  
 
"Blinken sülh danışıqlarının növbəti raundu üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı yaxın vaxtlarda Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - məlumatda qeyd olunub. 
 
Sənəddə həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bə Mərkəzi Bankın sədri Taleh Kazımovun Vaşintona səfəri gözləndiyi yazılır. 
 
Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayaraq Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsini alqışladığını yazıb. 
 
Dekabrın 7-də  Prezidentinin Administrasiyası açıqlama yayaraq bildirib ki, Ermənistanın Baş nazirinin Aparatı arasında aparılmış danışlar nəticəsində qarşılıqlı olaraq Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
 
Bu ilin aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib. 
 
Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
 
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər. 

Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM