Yayda bu rənglər dəbdədir

20:34 | 16.04.2014
Yayda bu rənglər dəbdədir

Yayda bu rənglər dəbdədir

Hava isinən kimi yaz-yay kolleksiyalarının ilk nümunələri görünməyə başlayıb. Artıq insanlar qışla müqayisədə daha rəngarəng və müxtəlif biçimli geyimlərə üstünlük verməyə başlayıblar. Modelyerlərin 2014 yaz-yay kolleksiyaları baharın al-əlvan rəngləri ilə hələ uzun müddət göz qamaşdırmağa davam edəcək. ANS PRESS bu yaya damğa vuracaq rəngləri təqdim edir. Belə ki, mövsümdə pastel tonlar diqqət mərkəzində olacaq. Pudra rəngi, yaşıl, sarı və sairə. Xüsusilə narıncı və nar çiçəyi rənginə daha tez-tez rast gəlinəcək. Metal tonlarda olan rənglərə isə daha çox çanta və ayaqqabı kimi aksesuarlarda rast gəlmək mümkündür. Bu rənglərdən geyimdəki müxtəlif detallarda da istifadə etmək olar. Parlaq bənövşəyi və mavi rənglər mövsümün dəbidir. Yüngül, zərif köynək alarkən isə daha açıq rəngli tonlara yönəlmək məsləhətdir. Gül-çiçək və daş detallar isə yenə də vazkeçilməzlər arasında yer alacaq. Ağ-qara kombinasiyası da klassikliyini qoruyub saxlayacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM