Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Dünya Boks Şurasının (WBC) təşkil etdiyi yarışda baş verib.
Kristian Daqio aldığı ikinci zərbədən sonra huşunu itirib və yerə yıxılıb. İdmançı xəstəxanaya çatdırılıb.
Kəllə-beyin travması alan boksçu bir neçə gün komada qaldıqdan sonra ölüb.
İdmançının qardaşı mətbuata açıqlamasında bildirib ki, o, ölmək istədiyi kimi ölüb.
"O, ölmək istədiyi kimi öldü, belə bir şey olduğu üçün peşman deyiləm. O, səksən yaşına qədər döyüşmək istədiyini söyləyirdi, halqa onun həyatı idi və çempion olaraq öldü”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !