Bu ilin iki ayında Fransanı tərk edərək İsrailə gedən yəhudilərin sayı ötən illə müqayisədə xeyli artıb.Bu barədə Fransada fəaliyyət göstərən “Yəhudi Agentliyi” məlumat yayıb. Məlumatda bildirilir ki, 2014-cü ilin yanvar-fevral aylarında 854 yəhudi mənşəli fransız vətəndaşı ölkəni tərk edib.ANN.Az AzərTAc-a istinadən bildirir ki, ötən ilin həmin dövründə 274 yəhudinin İsrailə köçüb. Bu, İsrail rəsmlərinin Fransadan köçən yəhudilərə üstünlük vermələri və onlar üçün əlverişli şərait yaratmaları ilə əlaqədar olduğu qeyd olunur.Yəhudilərin İsrailə getmələrini təmin etmək məqsədilə Parisdə 24 agentlik yaradılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !