Hər bir spiker ESG prinsiplərinin biznes strategiyasında əhəmiyyəti, davamlı maliyyə alətlərinin tətbiqi, o cümlədən qlobal təcrübə və gələcək planlar haqqında individual təqdimatlarla çıxış etdilər. Tədbir çərçivəsində keçirilən paneldə Deniz Erkusun moderatorluğu altında spikerlər mövzunun davamını birlikdə müzakirə etdilər. Tədbirin iştirakçıları sual-cavab sessiyası zamanı spikerlərlə fikir mübadiləsi aparmaq imkanına sahib oldular. Qeyd edək ki, bu tədbir Yelo Bank, AmCham Azərbaycan, BMT Azərbaycan və Azərbaycan Mərkəzi Bankının birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Yelo Bank-ın tədbirdə göstərdiyi təşəbbüsdə əsas məqsədi yerli və xarici ekspertləri bir araya gətirməklə ESG və dayanıqlı maliyyə üzrə mühüm mövzuların müzakirəsi nəticəsində növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
İpoteka kalkulyatoru, onlayn ipoteka sifarişi və güzəştli ipoteka haqqında suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
http://
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !