"Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Yelo Bank təşəbbüskar
addımlarını davam etdirir. Bank bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) təşkilatçılığı ilə keçirilən "Eko Dilçilik” mövzusunda Xarici Dil
Müəllimlərinin II Beynəlxalq Forumuna dəstək olub. Forum ekoloji
problemlərlə mübarizə aparılan dünyada yaşıl təşəbbüslərin irəliləyişində dilin
əsas rolunu araşdırmağa yönəlib. Bakı Konqres Mərkəzində təşkil olunan
beynəlxalq forumun açılışında UNEC rektoru professor Ədalət Muradov, Böyük
Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld iştirak ediblər. Forum daha
sonra mövzu ilə əlaqədar maraqlı çıxışlar və UNEC-in Xarici Dillər
Departamentinin direktoru, dos. Aysel Xəlilovanın moderatorluğu altında panel
müzakirə ilə davam edib. 400-dən çox iştirakçının qatıldığı forumun ikinci
hissəsində dilçilik və ətraf mühitin öyrənilməsi sahələri ilə bağlı təqdimatlar
olub.
Qeyd edək ki, Yelo Bank ötən il keçirilmiş Xarici Dil Müəllimlərinin I
Beynəlxalq Forumuna dəstək olmuşdu. Ötən il forumun mövzusu "Xarici dilin
öyrənilməsində İnnovativ Strategiyalar" idi və Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. Korporativ Sosial Məsuliyyət
strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, təhsilimizin
parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və universitetlərlə aktiv
əməkdaşlığını davam etdirəcək.
İpoteka krediti ilə
(https://www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya
Facebook,
Instagram ,
Whatsapp və
yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !