Dekabrın 14-də Sərhədçi Olimpiya Mərkəzində qarışıq döyüş növləri üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək.ANN.Az Azerisport.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, 7 ölkənin komandası mübarizə aparacaq.Yarışın açılış mərasimində Ümumdünya Qarışıq Döyüş Növləri (WMMAA) Assosiasiyasının prezidenti Vadim Finkelşteyn və Rusiya idmanının canlı əfsanəsi, MMA üzrə dəfələrlə dünya çempionu olan Fyodr Yemelyanenko iştirak edəcək.Bu, Yemelyanenkonun Bakıya ilk səfəridir. 3 il əvvəl onun qardaşı Aleksandr Yemelyanenko paytaxtımızda keçirilən yarışda iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !