Hindistanda yeni dünyaya gələn uşaq zibil qabına atılıb. İstiPress-in məlumatına görə, buna səbəb körpənin qız olması olub.
Uşağı yoldan keçənlər görərək xilas ediblər. Dheeraj Rathore adlı kişi yoldan keçərkən zibil qutusundan ağlama səsi eşidib. Zibilin içə baxdıqda isə sellofana bükülərək atılan körpəni görüb. Hər tərəfini qarışqalar basan, çəkisi azalan uşaq qız olub.
Rathore dərhal dostuna xəbər verib. Onlar ilk olaraq uşağı qarışqalardan təmizləyiblər. Daha sonra təmiz dəsmalla sararaq yaxınlıqdakı xəstəxanaya aparıblar.
Həkimlər körpənin vəziyyətinin ciddi olduğunu bildiriblər. 1,5 kq çəkisi olan qızın bədənində fiziki zorakılıq izləri də aşkarlanıb. Polis uşağın valideynlərini tapmaq üçün araşdırmaya başlayıb.
Hidistanda oğlan uşaqlarının dodğulması prestij hesab edilir. Hindlilər düşünürlər ki, qzı uşağı ərə gedəndən sonra onları tərk edir. Bundan bşaqa onun xərci daha çox olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !