Yeni elektron xidmət istifadəyə verildi

13:24 | 02.12.2014
Yeni elektron xidmət istifadəyə verildi

Yeni elektron xidmət istifadəyə verildi

Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və nəqliyyat xərci vəsaiti sərf etmədən iş yerindən arayış əldə edə biləcəklər".

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris Ağayev bu gün nazirlik tərəfindən "İş yerinə dair arayış" adlı növbəti elektron xidmətin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı keçirilən təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlif təşkilatlar tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əməkhaqlarına dair arayışlar istənildiyi hallarda, onlar bunu yeni yaradılan elektron xidməti vasitəsilə onlayn formada əldə edə bilərlər. Nazir müavini qeyd edib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya əməkhaqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər: "Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim imkanı da verilir". Daha sonra çıxış edən nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov yeni elektron xidmətin texniki imkanları barədə danışıb. O bildirib ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və digər məlumatlar da dolğun şəkildə öz əksini tapır.

Tədbirdə o da bildirilib ki, əsas məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür