ANN.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı kanalı "Əl Arabiya" kanalı məlumat verib. Xəbərdə deyilir ki, ölkənin şimalında yağan qar bəzi adamların əyləncəsinə səbəb olub. Hətta əksəriyyət qardan düzəltdikləri qar adamının fotosunu sosial şəbəkələrdə paylaşıblar. Bu zaman sosial şəbəkə istifadəçilərindən biri belə bir əyləncənin dinə uyğun olub-olmaması barədə sual edib.
Sualı cavablandıran şeyx Muhamməd Salih Əl-Münacid bunun əyləncə olsa belə dinə uyğun olmadığını bildirib: "Allah insanlara ruhları olmayan ağaclar, gəmilər, meyvələr və binalar kimi istədikləri şeyləri inşa etməyə icazə verib. Amma oyun belə olsa, qardan adam heykəli qurmaq dinə görə, qadağadır".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !