• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Yeni il qabağı qiyməti 8,5 dəfə bahalaşan hotellərdə boş yer qalmayıb - SİYAHI

Yeni il qabağı qiyməti 8,5 dəfə bahalaşan hotellərdə boş yer qalmayıb -  SİYAHI
08.12.2023 16:06

Azərbaycanda yeni il öncəsi hotellərdə qiymətlər əvvəlki günlərə nisbətdə 2 dəfə və bir az da çox bahalaşıb. Hətta bəzi otellərdə Yeni il bayramı günü boş yer qalmayıb.

 

Anews.az hazırda hotellərin qiymətlərini araşıdırıb. 

 

Bayram günlərində ən çox qiyməti qaldıran otel 4*-lu "Shahdag Hotel & Spa"-dır. Belə ki, burada əvvəlki günlərdə 2 nəfərlik 220 manata olan dağ mənzərəli otağın qiyməti yeni ildə bayram günlərinə 1860 manata qaldırılıb. Bununla yanaşı bayramla əlaqədar olaraq dekabrın 29-30-u iki nəfərlik dağ mənzərəli otağın qiyməti 800 manat, üzü otellərə tərəf olan otağın qiyməti isə 740 manat olaraq müəyyənləşdirilib. Hazırda 3 günlük paket üçün oteldə boş yer qalmayıb.

 

5*-lu "Lənkəran Springs Resort”da Yeni il üçün üç günlük paket şəkilində standart balkonlu otaqlarda iki nəfər üçün qiymət 1399 manatdır. 

 

4*-lu "Altıağac Cənnət Bağı Hotel"də bayramla əlaqədar olaraq təşkil olunan 3 günlük Yeni il paketinin qiyməti 1 nəfər üçün 450 manat müəyyənləşdirilib. Bu qiymət bayramdan əvvəl və sonrakı günlər üçün 1 nəfər üçün 130 manat,Xızıda 170 manat olacaq. Yanvarın 5-dən sonra isə Qubada standart otaqların iki nəfərlik qiyməti 90 manat, Xızıda isə 120 manata endiriləcək.  


Şəki 5*-lu "Marxal Resort & Spa”da bayramla əlaqədar olaraq 2 nəfərlik standart otaqların qiyməti 140 manatdan 450 manata qaldırılıb. 

 

Quba "Aynur Restoran Hotel”də Yeni il üçün sadə otaqlarda 2 nəfərlik, iki günlük gecələmək 400 manat, VİP otaqlarda isə 550 manat təşkil edir. Bayramdan sonra isə sadə otaqların qiyməti 70 manat, VİP otaq isə 100 manat olacaq.

 

4*-lu "Premium Hotel Ganja”də bayram üçün standart otaqlarda bir nəfərlik 100 manat, delux otaqlarda 110 manatdır. Yeni il üçün hazırda hər hansı proqram müəyyənləşdirilməyib. Yanvarın 5-dən sonra qiymətlər iki nəfər üçün 90 manat olacaq.

 

"Uludağ İstirahət və Turizm Mərkəzi”ndə 3 günlük bayram paketi katecdə 1 nəfər üçün 169 manat, oteldə isə 189 manatdır. Bayramdan sonra qiymətlər bir nəfər üçün 90 manat olacaq.

 

"Panaroma Hotel Oghuz”da bayram üçün iki nəfərlik VİP otaqlar 130 manat olacaq. Hazırda isə bu qiymət 100 manatdır. 

 

5*-lu "Relax Hotel Lerik”də 3 günlük bayram paketi bir nəfər üçün 100 manatdır. Yeni ildən sonra konsert, şou proqram daxil otaqların qiyməti bir nəfər üçüb 50 manata endiriləcək. 

 

"Qəbələ Yeddi gözəl İstahərt Mərkəzi”ndə dekabrın 29-31-i oteldə gecələmək üçün otağın qiyməti 130 manatdır. Bayram üçün Qala gecəsində iştirak etmək istəyənlər üçün isə bir nəfər 120 manat ödəməlidir. Yanvarın 4-də sonra otaqların qiyməti 65-80 manat aralığında dəyişəcək.

 

Yazıda adları çəkilən otellərdən yalnız "Premium Hotel Ganja" otelinə giriş üçün nigah haqqında şəhadətnamə tələb olunur. Digər bütün otellərə yalnız şəxsiyyət vəsiqəsi ilə giriş icazəsi var. 

 

Azərbaycan Mülki Məcəlləsnin 400.2-ci maddəsinə əsasən, hotel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz.

 

Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol