• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Yeni ildə bu yollar məhdudlaşdırılacaq - SİYAHI

Yeni ildə bu yollar məhdudlaşdırılacaq - SİYAHI
27.12.2013 12:20
Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirib ki, dekabrın 31-də saat 18:00-dan etibarən Bakı-Astara yolunun 14-cü kilometrliyindən Bayıl qəsəbəsi və paytaxtın mərkəzi küçələri istiqamətində, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü ilə Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri və Azneft dairəsi istiqamətində, Bakı 3-cü kənar Dairəvi yolun Mikayıl Müşfiq küçəsi kəsişməsindən (maşın bazarının yanından) Parlament prospekti və Badamdar qəsəbəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.Eyni zamanda, Dənizkənarı Milli Park boyu Neftçilər prospekti istiqamətinə fasilələrlə, kəsişən ətraf küçələrdən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.Məqsəd Dənizkənarı Milli Parkda keçiriləcək bayram tədbirlərinə qatılan şənlik iştirakçılarının təhlükəsizliyini təmin etmək, bu istiqamətdə nəqliyyat sıxlığının və tıxacların yaranmasının, yol qəza hadisələrinin baş verməsinin qarşısını almaqdır.İdarə bayram günlərində əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.Məlumatda bildirilib ki, Bakı yol polisi bayram günlərində dekabrın 31-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol