Yeni müdafiə naziri təyin olundu

20:14 | 25.03.2014
Yeni müdafiə naziri təyin olundu

Yeni müdafiə naziri təyin olundu

Ukraynanın müdafiə naziri səlahiyyətlərinin icraçısı, admiral İqor Tenyux istefaya gedib.

 APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ali Radada İ. Tenyuxun istefası 228 səslə qəbul olunub.Parlament prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovun təqdimatı ilə Mixail Kovalı müdafiə naziri səlahiyyətlərinin icraçısı təyin edib. M. Kovalın namizədliyi 251 səslə dəstəklənib.M. Koval 1956-cı ildə Xmelnitsk vilayətinin İzyaslav şəhərində doğulub. Ukrayna Sərhəd Qoşunlarının general-polkovnikidir. Bu il martın 5-də Krımda olarkən Yaltada naməlum şəxslər tərəfindən oğurlanıb. Danışıqlar nəticəsində azad edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti