Kamal ƏliRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycan hərflərinin kompüter klaviaturasında yeni düzülüşü ilə Windows əməliyyat sisteminin səkkizinci versiyasının çıxması haqqında xəbəri Azərbaycan istifadəçilərini belə demək mümkünsə, qorxutdu. Oxucular belə düşündülər ki, tezliklə onların adət etdikləri klaviaturaya giriş imkanı qapanacaq və ingilisdilli klavişdə Azərbaycan hərflərinin adət edilmiş düzülüşündən daha istifadə etmək olmayacaq."Bəs biz nə edəcəyik? İndi necə yaşayaq bəs?" – "Facebook"da səslənən fikirlərin əsas qayəsi belədir."Rabitə Nazirliyində axmaqlar oturublar. Əvvəl bir neçə hərfin harda yerləşməsini klaviaturada tapmaq lazım idi, indiysə bütün hərfləri tapmaq lazım gələcək. Latın əlifbası elə Afrikada da latın əlifbasıdır. Onlar hətta istənilən düzülüşdə yerində duran "S" hərfinin yerini də dəyişdilər! İndi görək bu məmurların özləri bu klaviaturada necə çap edəcəklər...", - hürkmüş oxucu yazır."Yalnız "А" öz yerində qalıb. Bu, idiotizmdir! Ümumiyyətlə, bizim hansı bir idarəmizdə ağıllı başlı adamlar oturublar?" - rəfiqəsi ona dəstək verir. Sonra elə özü də düzəliş edir: "A" da heç yerində deyil".Bəziləri bu xəbərdə məntiqi nələrsə tapmağa çalışırlar: "Bu, adət məsələsidir. Köhnə klaviaturada "ə" hərfini heç cür tapa bilmirdim. Yeni klaviaturada necə olacağını isə heç bilmirəm", - optimistlərdən biri münasibət bildirir. Sahil-İT direktoru Vahid Qasımov hesab edir ki, yeni əməliyyat sisteminin qəbuluna Azərbaycan dili baxımından ehtiyatlı davranmaq lazımdır – bu iş gecikibdir, çünki azərbaycan xalqı əvvəlki klaviaturaya öyrəncəlidir."Türklər 1955-ci ildə F klaviaturasını hazırladılar. Əgər bizim milli klaviaturamızı 15-20 il əvvəl təklif etsəydilər, mən bunu alqışlayardım, amma indi bunu etmək artıq gecdir. Və nəyəsə görə, yeni klaviaturada heç bir klaviş əvvəlki ilə uyğun gəlmir. Deməli, ölkəyə idxal edilmiş bütün yeni klaviaturalar, kompüterlər, bahalı telefonlar yeni əməliyyat versiyasıyla təchiz olunmalıdır. Düşünmürəm ki, dünya istehsalçıları bunun qeydinə qalacaqlar", - o, bəyan etdi.Azərbaycan Respublikasının İstambuldakı konsulu İbrahim Nəbioğlu isə öz statusunda yazdı ki, yeni klaviaturanın qəbul edilməsi – Azərbaycanın gələcəyinə, inteqrasiya imkanlarına zərbədir. O, bu yeniliyi doğma ölkəsinə qarşı düşmənçilik və qəddarlıq adlandırdı.Belə reaksiyalarla tanış olmaq ikitərəfli təəssüratlar buraxır. Hətta əgər mütəxəssislər izah etsələr ki, əvvəlki klaviatura Azərbaycan dilinin xüsusiyyətlərinə cavab vermirdi, hərflərin klaviaturada yerləşməsi eləydi ki, ingilis dilində olan mətnləri yazmaq rahat olsun, amma azərbaycan mətnlərini yığmaq müşkülləşsin, amma buna baxmayaraq, bir tərəfdən, insanların köhnə adətlərdən ayrılmaq istəməməsi aydındır.Digər tərəfdən isə adamın ağlına belə bir analogiya gəlir: nə vaxtsa dünyada avtomatik ötürmə qutusu olan avtomobillər meydana çıxdı. Mexaniki ötürmə qutusu olan avtomobilləri sürməyə öyrəncəli olan Azərbaycanlılar yeni avtomobillərə asanlıqla öyrəşdilər və bunu höknə maşınlarla heç əvəz etmək istəməzlər. Bəs onda yeni klaviaturaya qarşı belə mübasibət nədəndir? Hərçənd, bu gün də köhnə texnologiyalı avtomobillər seçən sürücülər var.Azərbaycan İnternet Forumunun sədri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Fondunun üzvü Osman Gündüz hesab edir ki, yeni Windows 8.1 əməliyyat sisteminə keçid, birincisi, hamı üçün cavib deyil, çünki kim istəsə, əvvəlki kimi, mətnləri köhnə klaviaturada yaza bilər. Amma o, belə hesab edir ki, yeni əməliyyat sistemi daha yaxşı və daha rahatdır. Sadəcə olaraq, bir az vaxt sərf edib buna alışmaq lazımdır."10 il bundan əvvəl Nazirlər Kabinetinin fərmanı ilə Microsoft Azərbaycan klaviaturası variantının standartlaşdırması təsdiq edildi. Bu, kobud səhv idi. Onda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu fərmanın qəbulunda tələskənliyə yol verdi, hərçənd təxminən o zaman indiki rabitə naziri Əli Abbasov və Qorxmaz Əfəndiyevin Azərbaycan klaviaturasını qəbul etməyi təklif etdikləri elmi məqaləsi dərc edilmişdi. Təəssüf ki, Microsoft həmin məqaləni nəzərə almadı.Bunun da nəticəsində, səkkizinci əməliyyat sisteminin meydana çıxmasından sonra, biz klaviaturanın iki variantına malikik. Bir çox ölkələr yalnız bir əməliyyat sistemindən istifadə etmirlər, klaviaturanın müxtəlif variantlarından yararlanmaqla mətn yığırlar.Əməliyyat sisteminin birinci variantı ingilis dilli klaviaturadan istifadənin qurulmuş təcrübəsinə əsaslandırılmışdır. Aydın məsələdir ki, o, Azərbaycan sözlərinin və hecalarının xüsusiyyətlərini nəzərə almır.İkinci klaviatura yenidir, elmi yanaşmaya əsaslanır və əl barmaqlarının xüsusiyyətlərini, həmçinin hər bir hərfin azərbaycan dilində nə qədər tez-tez rast gəlinməsini nəzərə alır. Yəni, çox tez-tez qarşılaşdığımız hərflər və hecalar asanlıqla yığılmalıdır, tez-tez istifadə edilən klavişlər isə bilavasitə barmaq altlarında olmalıdır ki, onları axtarmağa gərək qalmasın.Məsələn pis tərəfi odur ki, elmi cəhətdən əsaslandırılmış klaviatura gec qəbul olundu. Əhali köhnəyə öyrəncəlidir və onu bu imkandan məhrum etmək olmaz. Amma gənc nəsil klaviaturada hərflərin yeni düzülüşünü asanlıqla mənimsəyəcək və məmnuniyyətlə bundan istifadə edəcək. Düşünürəm ki, hər iki variant qalacaq, çünki əgər adət etdiyimiz klaviaturadan istifadə edə bilməsək, bu, faciələri nəticələrə gətirib çıxaracaq”, - ekspert fikrini yekunlaşdırdı. ANN.Az