Dünyaya zaman və məsafə baxımından ən uzaq qalaktika kəşf edilib.
Axar.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Yel və Kaliforniya universitetlərinin astronomları üç fərqli teleskopdan istifadə edərək Yer kürəsindən 13,1 milyard işıq ili uzaqlıqda yerləşən qalaktika kəşf ediblər. Alimlərin fikrincə, yeni tapılan qalaktika kainatın ilk nəsil qalaktikalarından biridir.
EGS-zs8-1 adı verilən qalaktikanın Böyük Partlayışdan 670 milyon il sonra yarandığı, hazırda isə 100 milyon yaşı olduğu bildirilib.
Qalaktikanın "Samanyolu qalaktikası”ndan 80 dəfə çox ulduza sahib olduğu aşkarlanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !