Yeni rəisdən yeni təyinat

12:08 | 19.11.2014
Yeni rəisdən yeni təyinat

Yeni rəisdən yeni təyinat

Azərbaycan daxili işlər orqanlarında növbəti kadr təyinatı olub.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür