• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
31.01.2025 19:17
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Birol Akgün etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrinin təcəssümü olduğu bildirilib. Liderlərin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.

Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniya Azərbaycana hərbi attaşe təyin edib
Siyasət 09:44
Britaniya Azərbaycana hərbi attaşe təyin edib
Rəsmi Bakı BMT-ninVardanyanla bağlı rəyini alqışlayır
Siyasət 08:53
Rəsmi Bakı BMT-ninVardanyanla bağlı rəyini alqışlayır
Bakı Forumunun açılış mərasimindən görüntülər - Video
Siyasət 22:30
Bakı Forumunun açılış mərasimindən görüntülər - Video
Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti ilə görüşüb
Siyasət 20:30
Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti ilə görüşüb
Ermənistan XİN Azərbaycanla sülh imzalamağa hazır olduğunu bəyan edib
Siyasət 17:53
Ermənistan XİN Azərbaycanla sülh imzalamağa hazır olduğunu bəyan edib
Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb- Ceyhun Bayramov
Siyasət 15:41
Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb- Ceyhun Bayramov
PrezidentJelka Tsviyanoviç ilə görüşüb
Siyasət 14:38
PrezidentJelka Tsviyanoviç ilə görüşüb
Azərbaycan Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarıdır- Hikmət Hacıyev
Siyasət 13:43
Azərbaycan Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarıdır- Hikmət Hacıyev
Ermənistanın silahlanmasının qarşısı alınmalıdır- Hikmət Hacıyev
Siyasət 13:15
Ermənistanın silahlanmasının qarşısı alınmalıdır- Hikmət Hacıyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol