Yeni seçilən prezident Abdullah Gülü saymadı

17:09 | 06.06.2014
Yeni seçilən prezident Abdullah Gülü saymadı

Yeni seçilən prezident Abdullah Gülü saymadı

Misirdə yeni seçilən prezident Əbdülfəttah Əl Sisi and içmə mərasiminə Türkiyə prezidentini dəvət etməyib.ANS PRESS-in məlumatına görə, Əbdülfəttah Əl Sisinin and içmə mərasiminə Türkiyə prezidenti ilə yanaşı İsrail, Qətər və Suriya dövlət başçıları da dəvət edilməyib.Əbdülfəttah Əl Sisinin Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan ilə münasibətləri düzəltmək fikrində olmadığı bildirilir. And içmə mərasiminə İran prezidenti Həsən Ruhaninin dəvət edilməsi isə həm ərəb, həm də qərb mətbuatını təəccübləndirib.Xatırladaq ki, Misirin müdafiə naziri Əbdülfəttah Əl Sisi 2013-cü il iyulun 4-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ keçirmişdi. Bu ay keçirilən prezident seçkilərində isə Əbdülfəttah Əl Sisi 90%-dən çox səs toplayaraq qalib gəlib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM