Ümumdünya Səhiyyə Təşkilatı dünyanın yeni təhlükəli xəstəliyin - Marburq qızdırmasının yayılması problemi ilə üzləşdiyini açıqlayıb.
Ruandada bu xəstəliyə ilk yoluxma halları təsdiqləndikdən sonra ÜST belə bir bəyanatla çıxış edib.
Marburq qızdırmasının törədicisi Ebola ilə eyni törədicilər sinfinə aiddir və yoluxmuş şəxslərdə ağır hemorragik şoka səbəb ola bilər. ÜST-nin məlumatına görə, 27 yoluxma halı qeydə alınıb, onlardan 9-u yoluxmuşlar ölüb.
Müşahidələr tarixində bu, Marburq qızdırmasının dördüncü alovlanmasıdır. ÜST-nin məlumatına görə, risk milli səviyyədə son dərəcə yüksək, regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağıdır. Yoluxmuşların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki xəstəxananın işçiləridir. Marburq qızdırmasından ölüm nisbəti 24 ilə 88 faiz arasında dəyişir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !