Üç ölkənin rəhbəri Suriyanın yeni seçilən prezidentinə zəng edibSuriyada bir necə gün öncə keçirilən prezident seçkisindən sonra yenidən prezident seçilən Bəşər Əsəd təbrikləri qəbul etməyə başlayıb. ANS PRESS-in məlumatına görə, artıq 3 ölkə rəhbəri ona təbrik göndərib. Bunlar Rusiya, Venesuella, Şimali Koreya liderləridir. Suriyanın rəsmi xəbər agentliyi SANA-nın yaydığı məlumata görə, Vladimir Putin, Nikolas Madura və Kim Çen In Əsədə zəng edib. "Hizbullah"ın baş katibi Həsən Nasrullah da Əsədi təbrik edib. Xatırladaq ki, Suriyada prezident seçkisi 3 iyunda keçirilib. Seçinin nəticəsinə görə, 88,7 faiz səs toplayan Bəşər Əsəd yenidən ölkə prezidenti seçilib. Suriyada 3 ildən artıqdır ki, davam edən qarşıdurmalar nəticəsində minlərlə insan ölüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !