Yeniyetmələrin prezervativdən istifadə etməməsi xəstəliklərə səbəb olur - ÜST

16:27 | 29.08.2024
Yeniyetmələrin prezervativdən istifadə etməməsi xəstəliklərə səbəb olur - ÜST

Yeniyetmələrin prezervativdən istifadə etməməsi xəstəliklərə səbəb olur - ÜST

Yeniyetmələrin cinsi əlaqə zamanı daha az prezervativdən istifadə etməsi arzuolunmaz hamiləlik və cinsi yolla keçən infeksiyalara səbəb olur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatda qeyd olunur. 
 
Hesabata görə, 2014-2022-ci illər arasında cinsi cəhətdən aktiv gənclərin son dəfə cinsi əlaqədə olduqları zaman prezervativdən istifadə edənlərin nisbəti oğlanlarda 70%-dən 61%-ə, qızlarda isə 63%-dən 57%-ə düşüb. 

Yeniyetmələrin demək olar ki, üçdə biri (30%) nə prezervativ, nə də kontraseptiv həb istifadə etmədiyini bildirib. 

ÜST-nin Avropa üzrə Regional Direktoru Dr Hans Kluge bildirir ki,  "Yaşa uyğun hərtərəfli cinsiyyət təhsili bir çox ölkədə laqeyd qalır".
 
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında siyasətçilər, təhsil işçiləri və tibb işçiləri üçün "Gənclərin düzgün zamanda düzgün biliklərlə təchiz edilməsi məsuliyyətli davranış və seçimlərlə əlaqəli optimal sağlamlıq nəticələrinə gətirib çıxarır” məqsədi ilə bir sıra tövsiyələr qeyd olunub. 

Hesabatda göstərilir ki, hər bir məktəbdə hərtərəfli cinsi maarifləndirmə də daxil olmaqla geniş mövzuları əhatə edən təhsil proqramları həyata keçirilməlidir.
 
BMT-nin səhiyyə agentliyi əlavə edib ki, yeniyetmələrin maarifləndirilməsi ilə yanaşı, güclü, daha təhlükəsiz cinsi təhsil proqramlarının hazırlanması üçün maliyyə və siyasi dəstəyə ehtiyac var.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM