Yer planeti ciddi iqlim dəyişikliyinə məruz qalacaq

09:59 | 01.04.2014
Yer planeti ciddi iqlim dəyişikliyinə məruz qalacaq

Yer planeti ciddi iqlim dəyişikliyinə məruz qalacaq

Yer planetinin iqlimi ciddi dəyişikliklərə məruz qalsa da, qlobal istiləşmənin ağır fəsadları hələ qarşıdadır. Belə bir nəticəyə BMT iqlimlə bağlı hesabatını hazırlayan hökümətlərarası ekspert qrupu gəlib. Sənəddə alimlər bu ekoloji bəlanın qoyduğu izlərdən, o cümlədən okeanda su səviyyəsinin qalxması, suyun turşuluğunun artması, bəzi növ heyvanların qütblərə miqrasiyası və digər fəsadlardan danışıb. Eskpertlər əmin edir ki, milyardlarla insanın su-ərzaq mənbələri, insanların sağlamlığı, iqtisadi perspektivləri risk altındadır. Onlarn fikrincə, lazımi ölçülər götürülməyəcəyi təqdirdə, yaxın gələcəkdə qlobal istiləşmə dünyanın ərzaq təhlükəsizlini risk altına alacaq, inkişaf etməkdə olan ölkələr üçün faciəvi nəticələrə yol açacaq. Yeni şərtlərə uyğunlaşmanın xərcləri isə təxminən 100 milyard dollardır. //Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM