ANN.Az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokurorluğunun məlumatında bildirilir. Məlumata görə, yer sürüşməsi qəsəbənin "Kabray-2” rayonunu tamamilə dağıdıb. Təbii fəlakətə səbəb intensiv leysan yağışları olub.
Ölənlər arasında 17 uşağın olduğu bildirilir, müxtəlif xəsarətlər almış 26 nəfər xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna olunmur.
İtkin düşmüş şəxslərin axtarışına 1800 nəfər cəlb olunub. Məlumata görə, təbii fəlakət nəticəsində 125 ev 15 metrlik torpaq qatının altında qalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !