• $
  • £

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən” qovuldu

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən” qovuldu
19.04.2021 18:42
Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların tör-töküntülərindən biri, qondarma rejimin "Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin "rəis müavini” Boris Avakyan işdən qovulub.
Anews.az "Report”a istinadən xəbər verir ki, qondarma rejimin "daxili işlər naziri” Karen Sarkisyan onu "tutduğu vəzifədən” azad edib.
B.Avakyan aprelin 19-da Yerevanda jurnalistlərə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə "vəzifəsi”ni itirib. Belə ki, o, səlahiyyət həddini aşdığı üçün "tutduğu vəzifədən” uzaqlaşdırılıb: "Boris Avakyan Yerevanda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə görə daxili işlər naziri Karen Sarkisyanın əmri ilə işdən çıxarılıb. Avakyanın səsləndirdiyi fikir və iddiaların çoxunu bölüşmürük. Bundan başqa, söylədiklərinin bir qismi həqiqətə uyğun deyil. Uyğunsuz davranışı və vəzifəsindən sui-istifadə etdiyinə görə Boris Avakyan işdən çıxarılıb”.
Xatırladaq ki, B.Avakyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycanla sülh olmayıb və yoxdur. 25 il bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətin müəyyən qismi elə zənn edirdi ki, biz onlarla artıq sülh şəraitindəyik, məsələ həll olunub. Ancaq bu gün sülh yoxdur. Qarşımızda düşmən ovqatında dövlət var. Biz onunla danışıq aparırıq. Hərbi əməliyyatların keçirilməməsi sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi imzalanmayıb”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tovuzda iki mərtəbəli ev yanıb
Cəmiyyət 20:25
Tovuzda iki mərtəbəli ev yanıb

Bakıda 61 yaşlı kişi küçədə ölüb
Cəmiyyət 20:00
Bakıda 61 yaşlı kişi küçədə ölüb

Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı
Cəmiyyət 18:16
Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı

Göyçayda qamışlıq ərazidə yanğın
Cəmiyyət 17:44
Göyçayda qamışlıq ərazidə yanğın
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 17:02
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb
Cəmiyyət 16:25
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb

Tərtərdə qəza- 2 qardaş ölüb
Cəmiyyət 15:43
Tərtərdə qəza- 2 qardaş ölüb

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol