Yerevanın Ümumi Yurisdiksiya Məhkəməsi martın 24-də polis bölməsinə qumbara ataraq hücum edən iki nəfərin həbsi barədə qərar qəbul edib. Bu barədə Ermənistan KİV məlumat yayıb.
"Qrupun üçüncü üzvü barədə hələlik həbs qətimkan tədbiri seçilməyib. Buna səbəb onun tibb mərkəzində müalicədə olmasıdır”, - Respublika İstintaq Komitəsinin bəyanatında deyilir.
Hər üç şəxs terrorizmdə və cinayət törətmək məqsədilə qanunsuz odlu silah saxlamaqda ittiham olunub.
Martın 24-də Yerevanda qumbara ilə silahlanmış "Döyüş Qardaşlığı” təşkilatının üzvləri polis bölməsinə soxulub.
Hazırda bu təşkilatın 50-yə yaxın üzvü saxlanılıb.
Daha sonra bir qrup şəxs bütün məhbusların azad olunmasını tələb edir, iki nəfər isə əllərində qumbara ilə dayanıb.
Polis binasına xüsusi təyinatlılar gəlib.
Daha sonra "Döyüş Qardaşlığı” təşkilatının üzvləri Ermənistanın şimal-şərqindəki Tavuş rayonunun Azərbaycanla həmsərhəd olan Voskepar kəndinə getmək niyyətində olub. Onlar həmin ərazidə demarkasiya və delimitasiya prosesinin keçirilməsinəb və sonradan dörd kəndin Azərbaycanın nəzarətinə keçməsinə etiraz ediblər.
Təşkilat rayonda yerli sakinləri də cəlb etməklə özünümüdafiə təşkil etmək niyyətində olduğunu bildirib.
Bu arada qurum öz teleqram kanalında polis idarəsində baş verən insidentlə əlaqəsinin olmadığınıqeyd edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !