• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Yerli icra hakimiyyəti orqanının səlahiyyətlərindən biri ləğv edildi - RƏSMİ

Yerli icra hakimiyyəti orqanının səlahiyyətlərindən biri ləğv edildi - RƏSMİ
01.07.2020 11:46
Yerli icra hakimiyyəti orqanının daha bir səlahiyyəti ləğv edilib.

Anews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən həmin orqanın (qurumun) sorğusu əsasında ETM (enerji təchizatı müəssisəsi) tərəfindən veriləcək.

Qüvvədə olan qaydalara əsasən, bu icazə sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə (ərizəsinə) əsasən yerli icra hakimiyyəti orqanının sorğusu əsasında ETM tərəfindən verilirdi.

Eyni zamanda NK-nın müvafiq qərarı ilə "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na edilən dəyişikliyə əsasən, STKM (su təchizatı və kanalizasiya müəssisəsi) özünün STTSAS-nı (su təchizatı və tullantı sularının axıdılması sistemi) ərazi planlaşdırma sənədlərinə uyğunlaşdırmaq məqsədi ilə gücləndirməyə (genişləndirməyə) borcludur. "Tikintiyə icazə verən orqan (qurum) ərazi planlaşdırma sənədlərində nəzərə alınan mühəndis-kommunikasiya sistemləri, bununla bağlı abadlıq, yenidənqurma və tikinti-quraşdırma işləri barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edəcək.

Qüvvədə olan qaydalara əsasən, müvafiq yerli icra hakimiyyəti orqanı yuxarıda qeyd edilən işlərlə barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol