Azərbaycanda yerli mağaza və köşklərin sayı azalır. Bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.
"Hansı rayona gedirsən, mağazaların azaldığını müşahidə edirsən. Əvəzində isə supermarketlərin sayı artır. Milli dəyərlər azalır. Real istehsaldan uzaq düşürük. Daxili bazarı qorumaq lazımdır. Bir çox avropa standartları qarşısında özümüzü kiçik bilirik. Liberal iqtisadiyyatın da bir həddi olmalıdır. Rəqabət Məcəlləsi onda işləyəcək ki, bizim daxili bazarımız yüksək səviyyədə olsun. Hazırda kənd təsərrüfatı sahəsində rəqabət yoxdur. İri təsərrüfat yaratmayıq ki, rəqabət olsun. Zəruri qanun layihəsidir", - deputat sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib.
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !