Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb - Yenilənib

19:16 | 29.09.2023
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb - Yenilənib

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb - Yenilənib

 
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.

Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.
 
Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

 16:31

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb. 
 
15:13
Yevlaxda Qarabağın erməni nümayəndləri ilə Azərbaycan rəsmi nümayəndələri arasında növbəti görüş keçirilir. Bu barədə Apa agentliyi məlumat verib. 
 
Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edir. 
 
Görüşdə Qarabağ ermənilərinin reinteqrasiya məsələsi müzakirə olunur. 
 
Azərbaycanın bundan əvvəlki görüşü Xocalıda və Yevlaxda olub. Görüşdə erməni nümayəndələri Azərbaycan tərəfindən qida və yanacağa ehtiyacı olduğunu açıqlayıb. 
 
Prezident İlham Əliyev də, sentyabrın 20-də xalq müraciətində bildirib ki, bu görüş  reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün nəzərdə tutulub və erməni xalqı Azərbaycan qanunları ilə tam azad şəkildə yaşamaq hüququ əldə edəcək. 
 
Azərbaycan tərəfi artıq reinteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Qarabağda yaşayan ermənilər qediyyatdan keçməklə müraciət edə bilərlər. 
 
Bundan əvvəl, Rəsmi Bakı Qarabağda yaşayan etnik erməni azlıq nümayəndələrini renteqrasiya məsələləri ilə bağlı iki dəfə görüşə dəvət edib. Lakin onlar görüşdən imtina ediblər. 
 
Martın 1-də isə Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda keçirilən görüşdə məsul şəxs qismində erməəni sakinlərinin təmsilçiləri ilə görüşdə iştirak edib. 
 
Aytac Zeynalova 
 
 

 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti