2015-ci ilin I rübündə İcbari Sığorta Bürosu yol-nəqliyyat hadisələri (YNH) ilə əlaqədar 62,25 min manat məbləğində kompensasiya ödəyib.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında İSB-nin Kompensasiya və subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva deyib.
Onun sözlərinə görə, ötən il ərzində 81 tələb üzrə 253,28 min manat məbləğində kompensasiya ödənilib ki, bu da 2013-cü ilin göstəricisini (24 tələb üzrə 54,39 min manat) 5 dəfə üstələyir: "Bu sahədə əhalinin mütəmadi maarifləndirilməsi büroya müraciətlərin sayının artmasına səbəb olub".
F.Nuriyeva YNH zamanı məhz ölümlə bağlı kompensasiyalar üçün daha çox müraciət edilməsinə görə təəssüfləndiyini bildirib: "Hazırda büro yalnız yol-nəqliyyat hadisələrinə görə kompensasiya ödəyir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərər görmüş üçüncü şəxslərə ödənişlər 2012-ci ilin aprelindən başlayıb. Kompensasiyaların verilməsi sığorta bazarının canlanmasına xidmət edən amillərdən biridir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !